Новое
Dünyanın ammonyakla çalışan ilk gəmisi təqdim olunub
"HD Hyundai Heavy Industries" şirkəti dəniz daşımalarının dekarbonizasiyası istiqamətində mühüm addım ataraq, dünyada ilk dəfə ammonyak yanacağı ilə işləyən gəmini təqdim edib. Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Gəminin tikintisinin başa çatması və ona ad verilməsi mərasimi 9 aprel 2026-cı il tarixində keçirilib.