Новое
Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, "Mercedes" ilə "Hyundai" markalı minik maşınları toqquşub. "Hyundai" idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.