Новое
Sükan arxasında yuxuya getdi, ana və körpəni vurdu
Noyabrın 3-də saat 09:38 radələrində Xocasən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi "Toyota" markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub. Day.Az xəbər verir ki, qəza nəticəsində A. Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır.