Новое
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib
Noyabrın 13-ü saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Day.Az xəbər verir ki, qəza nəticəsində "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib.